Macarıstan Milli Assambleyasının üzvlərinin Ağdama səfəri başlayıb
Region

Macarıstan Milli Assambleyasının üzvlərinin Ağdama səfəri başlayıb

Macarıstan Milli Assambleyasının Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilkinin rəhbərlik etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdama səfəri başlayıb.

"Respublik" AZƏRTAC-a istinadla xəbər verir ki, səfər zamanı nümayəndə heyəti Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Ağdamda törədilən müharibə cinayətləri ilə, həmçinin şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.