Ekvadorda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb
Dünya xəbərləri

Ekvadorda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb

Cənubi Amerika ölkəsi olan Ekvadorda güclü yağışlardan sonra baş verən torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 8-ə yüksəlib.

“Respublika” Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ekvador Risk İdarəetmə İdarəsi ölkənin mərkəzi hissəsində yerləşən Banos de Aqua Santa bölgəsində baş verən sürüşmə ilə bağlı açıqlama verib.

Açıqlamada leysan yağışların səbəb olduğu sürüşmədə ölənlərin sayının 8-ə yüksəldiyi, 11 nəfərdən xəbər alınmadığı, 22 nəfərin yaralandığı bildirilib.

Bölgədə baş verən ilkin sürüşmə nəticəsində 6 nəfərin həyatını itirdiyi açıqlanıb.

Arzu BAXŞIYEVA,

"Respublika".