Komitə rəsmisi: Torpaq Məcəlləsində sahilboyu zolaqla bağlı ayrıca müddəalar müəyyən olunub
CƏMİYYƏT

Komitə rəsmisi: Torpaq Məcəlləsində sahilboyu zolaqla bağlı ayrıca müddəalar müəyyən olunub

Bakının Baş planında hər hansı bir süni torpaq sahələrinin yaradılması məsələsi öz əksini tapmayıb. Süni torpaq sahələrinin yaradılması ilə bağlı hər zaman araşdırmalar aparılıb. Məlumdur ki, dənizkənarı bulvarın genişlənməsi zamanı torpaqtökmə işləri həyata keçirilib. 

"Respublika" xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 17-də keçirilən iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Rəşad İsmayılov söyləyib. 

Aparat rəhbəri Xəzər dənizində süni torpaq sahələrinin yaradılması məsələsində dövlətin investorları cəlb etmək niyyətinin olduğunu bildirib. Bakının sahilboyu zolağında bir çox turizm obyektlərinin tikildiyini diqqətə çatdıran R.İsmayılov bununla bağlı hökumət tərəfindən böyük işlər görüldüyünü, yeni yolların, su xətləri çəkildiyini vurğulayıb. 

O əlavə edib ki, Torpaq Məcəlləsində sahilboyu zolaqla bağlı ayrıca müddəalar müəyyən olunub. Belə ki 20-50 metr məsafə sahilboyu zolaq kimi təyin edilib.