Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən erməni haker qruplarının Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumları müəyyən edilib.
Dövlət Xidmətindən "Respublika"-ya bildirilib ki, müxtəlif teatrlara və tamaşalara saxta bilet satışı həyata keçirən veb-saytlar hazırlayaraq, sosial mühəndislik yolu ilə vətəndaşları aldadaraq, onlara məxsus bank kartı məlumatlarının ələ keçirilməsi və pul vəsaitlərinin mənimsənilməsi üçün yeni metoda əl atırlar.
“Vətəndaşları bu cür hallara qarşı ayıq-sayıq olmağa, biletləri yalnız rəsmi satış nöqtələrindən və rəsmi satış veb-saytlarından əldə etməyə çağırırıq”, - deyə açıqlamada qeyd olunub.