İndoneziya Türkiyə PUA-ları alır
Gündəm

İndoneziya Türkiyə PUA-ları alır

Türkiyə ilə İndoneziya arasında 300 milyon dollar dəyərində pilotsuz uçuş aparatı satışı həyata keçirilib.

"Respublika" İndoneziya Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən xəbər verir ki, İndoneziya ölkənin köhnəlmiş hərbi texnikasını modernləşdirmək üçün Türkiyədən 12 PUA alıb.

Fevralda atılan imzalardan sonra PUA-ların təhvil verilməsinin 32 ay ərzində baş tutacağı gözlənilir. Müqavilənin məzmunu təlim və uçuş simulyatorlarını da əhatə edir. Razılaşma İndoneziya Prezidenti Coko Vidodonun müdafiə xərclərinin rasionallaşdırılmasını tələb etməsindən sonra əldə edilib.

Töhfə SƏMƏDOVA,

“Respublika”.