Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi böyük coşqu və təntənə ilə qeyd edilib           
Region

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi böyük coşqu və təntənə ilə qeyd edilib           

Beynəlxalq Turizm Mərkəzi Naftalanda Müasir Azərbaycan dövlətinin qurucusu, Türk dünyasının böyük oğlu, ömrünü Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin inkişafına, tərəqqisinə sərf etmiş, dahi şəxsiyyət ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib .

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Millət Vəkili Anar Məmmədov, YAP Naftalan şəhər təşkilatının sədri, şəhər Ağsaqqallar Şurasının sədri, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri,  şəhər ictimaiyyəti iştirak edib.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər gül dəstələri düzərək ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Mərkəzində ümummilli liderin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini özündə əks etdirən foto-ekspozisiyaya baxış keçiriblər.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti barədə geniş məruzə ilə çıxış edərək qeyd edib ki, Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomendir. Müstəqil Azərbaycan dövlətinin bu günkü uğurları, yüksək inkişafı Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır.

Tədbirdə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə hazırlanmış “Əsrin adamı” sənədli filmi nümayiş etdirilib.

Zabit XƏLİLOV, 

“Respublika”.