Türk Dövlətləri Təşkilatı (TDT) regiondakı sülh və sabitliyə ciddi töhfə verir.
“Respublika” xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş TDT-yə üzv ölkələrin sosial siyasət nazirlərinin birinci toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, TDT bu gün dünyada sayılıb-seçilən təşkilatlardan biridir.
Nazir qeyd edib ki, TDT ölkələri arasında əməkdaşlıq ailə və sosial xidmətlər sahəsində də inkişaf etdirilir: "Bundan sonra da bu istiqamətdə ortaq işlər görəcəyik".