Türkiyəli idmançıların Azərbaycan  sevgisi
Türk dünyası

Türkiyəli idmançıların Azərbaycan  sevgisi

Aprelin 14- Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatına Azərbaycan da dəvət olunmuşdu. Bəli, idman da bir siyasətdir. Çünki hər bir idman yarışında qələbə qazanan idmançı, ilk növbədə dövlətinin bayrağını qaldırır, himnini səsləndirir. Bu mənada, Ermənistan çox yaxşı bilirdi ki, Azərbaycan idmançısı bu yarışda qələbə qazanacaq. Kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycan bayrağını ucaldıb, himnini səsləndirəcək. Ürəyindəki qorxu, xof ucalacaq Azərbaycan bayrağının əzəməti erməninin canına elə bir vəlvələ saldı ki, çıxış yolunu bayrağımızı yandırmaqda gördü. Bununla da öz xainliyini, zəifliyini, acizliyini, əslində isə simasızlığını göstərdi. Baş nazirin iştirak etdiyi bir yarışda hansısa sadə bir vətəndaş qonşu ölkənin bayrağını yandırmağa cəsarət edirsə, bu, o ölkə başçısının qədər sərsəm bir durumda olduğunun göstəricisidir. Ermənilər bu hadisəni öz aləmlərində qəhrəmanlıq hesab edə bilərlər. Amma əslində bu, bir xalqın, bir dövlətin acizliyindən xəbər verir.

Düzdür, Azərbaycan idmançıları dövlətimizə, bayrağımıza qarşı olan hörmətsizliyi qəbul etməyib, yarışlarda iştirak etmədən geri qayıtdılar. Lakin qardaş Türkiyə idmançıları yarışda böyük uğur qazanaraq öz qələbələrini Azərbaycana həsr etdilər. Yenə "Türkün gücü birliyindədir" öz təsdiqini tapdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən İrəvanda keçirilən Avropa çempionatında uğur qazanan Türkiyə idmançıları ölkəmizə dəvət olundular. Aprelin 18- Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verən ölkə başçısı bu haqda demişdir: "Ermənilər bizim bayrağımızı yandırıblar, amma Türk Bayrağı orada dalğalanıb. Türkiyənin Dövlət Himnini səsləndirdilər. Türkiyənin Dövlət Himni elə səsləndi ki, orada oturan bütün düşmənlərin yəqin ki, qulağı batmışdı. Bu qələbəni onlar Azərbaycana, Azərbaycan xalqına həsr etdilər. qədər gözəl bir hərəkətdir. Ona görə onlar bütün Azərbaycan xalqının sevgisini qazandılar. Mən onları bir daha təbrik etmək istəyirəm. Bu gün mən Neftçala Olimpiya Kompleksinin açılışında olarkən gənclər idman nazirinə tapşırdım ki, bizim qızlarımızı mənim adımdan Azərbaycana dəvət etsin onlar bizim qonağımız olsunlar".

Dost gəlişi bayram olar. Artıq türkiyəli idmançılar Bakıdadır. Qızlar öz doğma Azərbaycanlarına xoş gəliblər. Onlar İrəvanda öz qələbələri ilə Azərbaycana sonsuz məhəbbət nümayiş etdirdilər, nəinki idman meydanında, həm siyasi meydanda da döyüşdülər hər iki cəbhədə qələbə qazandılar. Qızlar qazandıqları qələbəni təkcə Türkiyənin deyil, bütün Türk dünyasının, bütöv Azərbaycanın qələbəsi kimi qeyd etmişdilər.

Bu gün hər birimizin sevimlisinə çevrilən idmançılar Heydər Əliyev adına Hava Limanında xüsusi coşqu ilə qarşılandılar. Hava Limanında idmançıların fotoları asılıb, monitorlarda isə onların İrəvandakı yarışda ağırlıq qaldırmalarını əks etdirən kadrlar nümayiş etdirilib. Onu da qeyd edək ki, atletlərin Azərbaycana səfəri aprelin 30-na kimi davam edəcək. Bakıya gələn nümayəndə heyətinə Avropa çempionları Nuray Güngör, Cansu Bektaş, Yusif Fehmi Genc, Avropa çempionatının gümüş mükafatçısı Qamze Altun Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü daxildir.

Bu səfər təkcə uğur qazanmış idmançıların səfəri deyil. Bu, iki qardaş ölkənin haqq səsi, gücü birliyidir. Türk meydanda tək döyüşər, amma bütün Türk dünyasının adından döyüşər. Azərbaycan həmin yarışda iştirak etməkdən haqlı olaraq imtina etdi. Ancaq Türkiyə öz qələbəsi ilə Azərbaycanı da təmsil etmiş oldu.

Avropa çempionatının qızıl mükafatçısı Nuray Güngör azərbaycanlı azarkeşlər tərəfindən gördüyü sevginin ona qürur bəxş etdiyini vurğulayıb. öz qələbəsini Azərbaycan-Türkiyə qardaşlığının nəticəsi olduğunu deyib. Avropa çempionatında gümüş mükafat qazanan Qamze Altun da qələbəsini Azərbaycana hədiyyə etdiyi üçün qürurlu olduğunu bildirib: "Azərbaycanda olduğum üçün çox xoşbəxtəm. Dəvət üçün Prezident İlham Əliyevə həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür edirəm".

Ölkə rəhbəri türkiyəli idmançıların qələbəsini xüsusi olaraq qiymətləndirib. Aprelin 28- Azərbaycan Prezidenti İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva idmançılarla görüşərək öz təşəkkürlərini bildirmişlər. Cansu Bektaş, Qamze Altun Nuray Güngör "Tərəqqi" medalı ilə təltif ediliblər.

Ramidə YAQUBQIZI,

"Respublika".