Qardaşlıq bağı:  
Türk dünyası

Qardaşlıq bağı:  "Bir millət, iki dövlət"

Bu il may ayının 28- ikinci mərhələsi keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səs toplayaraq yenidən Türkiyə Prezidenti seçildi. İyunun 7- isə parlament seçkiləri üçün gizli səsvermənin üçüncü turunda Ədalət İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının ortaq namizədi Numan Kurtulmuş 321 səslə qalib gəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin sədri seçilən Numan Kurtulmuşa zəng vuraraq onu təbrik edib. Bütün dünyada siyasi aktora çevrilən Türkiyədə seçkilərin nəticələri mühüm siyasi hadisədir. Türkiyə dünyaya növbəti dəfə demokratiya dərsi keçdi. Bir daha sübut olundu ki, qardaş ölkə kənar müdaxilələrə baxmayaraq, demokratiya yoluna sadiqdir bundan sonrakı müddətdə bu yolu inkişaf etdirəcək.

Seçkilərin nəticəsi bəlli olan kimi Rəcəb Tayyib Ərdoğana ilk təbrik zəngini Prezident İlham Əliyev edib. Türkiyə ilə münasibətlərin inkişafı ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindəndir. Hər iki ölkə liderinin arasındakı qardaşlıq münasibətləri xalqlar arasında dostluq bağlarının daha da möhkəmlənməsinə xidmət edir. Cənab İlham Əliyev seçkilərdəki qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirib. Dövlət başçımız Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə Türkiyənin hərtərəfli inkişafının davam etdiriləcəyini deyib. Prezidentimiz Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı ölkənin tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Türkiyə Prezidenti təbrikə xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib, eyni zamanda Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb. Azərbaycan Prezidenti təbrikə görə təşəkkürünü bildirib Rəcəb Tayyib Ərdoğanı ölkəmizə rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib. Dövlət başçıları ölkələrimiz arasında dostluq qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə bir daha əminliklərini bildiriblər.

Qeyd etmək lazımdır ki, Rəcəb Tayyib Ərdoğan iyunun 3- rəsmən and içib səlahiyyətlərinin icrasına başlayıb. Paytaxt Ankarada Prezident Sarayında Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması ilə bağlı təntənəli mərasim keçirilib. Mərasimdə Türk Dövlətləri Təşkilatı, NATO İslam Əməkdaşlığı Təşkilatı da daxil olmaqla bir sıra beynəlxalq təşkilatların ümumilikdə 78 ölkənin nümayəndələri iştirak ediblər. Tədbirə 21 dövlət başçısı 13 baş nazirlə yanaşı, bir çox nazirlər xüsusi nümayəndələr qatılıb. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğan mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı, digər dövlət hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini salamlayıblar. Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevlə xüsusi səmimi görüşməsi qonaqların alqışı ilə qarşılanıb. Ümumiyyətlə, tədbirin gedişində Azərbaycan Prezidentinə birinci xanım Mehriban Əliyevaya xüsusi diqqətin göstərilməsi müşahidə olunub. Təbii ki, bu, iki qardaş dövlətin rəhbərlərinin arasındakı doğma, isti münasibətdən irəli gəlir. Bu, həmçinin Türkiyə-Azərbaycan münasibətlərinin dünyada analoqu olmayan bir səviyyəyə yüksəlməsinin nəticəsidir. Diqqətçəkən digər məqam isə tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı olub. Ən mühümü isə odur ki, mərasimdə Ermənistanın Türkiyə üçün hansı yerdə qərarlaşdığı bir daha nümayiş olunub. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyana ondan ön cərgədə əyləşən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin arxasında yer verilib. Bu isə subliminal mesaj kimi qəbul edilməlidir. Bu mesajla Ermənistan bir daha anlamış oldu ki, Türkiyə Azərbaycan daim bir-birinin yanındadır.

Prezident Rəcəb Tayyib Ərdoğan mayın 28- keçirilmiş seçkilərdə millətin iradəsinin əksini tapdığını, artıq "Türkiyə əsri"nin başladığını ölkənin sıçrayış mərhələsinin qapılarının açıldığını vurğulayıb. Türkiyə xalqı seçkilərdə sabitlik, firavanlıqla yanaşı, həm Azərbaycana, Azərbaycanla gələcəkdə qoşa addımlanacaq yola, birliyə, qardaşlığa səs verdi. Türkiyə xalqı sübut etdi ki, Azərbaycanı diqqətdən kənarda saxlamaq istəyən hər hansı bir siyasətçi ölkənin hakim dairələrində yer ala bilməz. Bu gün dünyada Azərbaycan Türkiyə kimi dost, qardaş, yaxın müttəfiq olan dövlətlər yoxdur. Türkiyə-Azərbaycan dostluğunda məhz İlham Əliyev Rəcəb Tayyib Ərdoğan faktoru mühüm rol oynayır. Bu həm xalqlarımızın maraqlarının beynəlxalq miqyasda təmin olunmasına xidmət edir. Türkiyə-Azərbaycan müttəfiqliyi tarixin sınaqlarından keçərək "bir millət, iki dövlət" tezisini qardaşlıq bağına çevirib.

Nuranə DAXİLQIZI,

"Respublika".