Azərbaycanda dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli rayonuna gəlib
Türk dünyası

Azərbaycanda dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli rayonuna gəlib

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 23-də Füzuli rayonuna gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşıladılar.