Son bir həftədə 700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar yaradılıb
Digər xəbərlər

Son bir həftədə 700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Özünüməşğulluq proqramı üzrə son bir həftədə 700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

“Respublika” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesi ötən həftə də davam edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, son bir həftə ərzində paytaxt və regionlarda 700-ə yaxın işsiz və işaxtaran şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər təqdim olunub. Onların bir hissəsini şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları təşkil edir. Verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal və xidmət istiqamətləri üzrə kiçik təsərrüfatlar yaradılıb.

Qeyd edək ki, özünüməşğulluq proqramına cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunmasına dair bilik və bacarıqlar öyrədilir. Təlimlərdən sonra özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.

“Respublika”