Şəffaflığı və demokratikliyi ilə örnək olan seçki
Türk dünyası

Şəffaflığı və demokratikliyi ilə örnək olan seçki

Bu il mayın 28- Türkiyədə keçirilən prezident seçkiləri dünyaya daha bir demokratiya nümunəsi oldu. Rəcəb Tayyib Ərdoğanın səs çoxluğu ilə qalib gəlməsi növbəti dəfə Türkiyənin Prezidenti seçilməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.

Demək yerinə düşər ki, qardaş ölkədə seçkilərin bu cür şəffaflıqla təşkil olunması xalqın bir daha Ərdoğana ehtiyacını ona olan etimadı təsdiqlədi. Təsadüfi deyil ki, Rəcəb Tayyib Ərdoğanın qələbəsi Azərbaycanda da böyük təntənə ilə qarşılandı. Çünki Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi xarici siyasətin əsas prioritetləri sırasında Azərbaycanla dostluq qardaşlıq münasibətlərinin möhkəmlənməsi xüsusi yer alır. Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın apardıqları düzgün siyasət Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin dünyada nümunə olmasında mühüm rol oynamışdır. Seçkilərdə Ərdoğanın qalib gəlməsi türk xalqının bir daha tərəqqini, inkişafı, sabitliyi, əmin-amanlığı seçdiyinin göstəricisidir.

Qardaş ölkə son 21 ildə məhz Rəcəb Tayyib Ərdoğanın sayəsində böyük inkişaf yolu keçməklə dünyada nüfuz qazanıb. Bu baxımdan, beynəlxalq aləmdə baş verən bütün siyasi proseslərdə Ərdoğanın mövqeyinin nəzərə alınması təsadüfi deyil. Daha bir qeyd etməli olduğumuz məqam Ərdoğanın uzun illər ərzində yürütdüyü uğurlu siyasətdir. Seçkilər zamanı hər qədər qarşı tərəf ölkənin idarəetmə quruluşunu dəyişəcəyini, parlamentli respublikaya keçəcəyini, referendum keçirəcəyini iddia etsə , illər ərzində təsdiqlənmiş Ərdoğan siyasətinə heç təsir edə bilmədi. Xatırlatmaq lazımdır ki, qardaş ölkənin parlamentli respublika olduğu zamanlarda tez-tez hökumət dəyişikliyi baş verirdi ki, bu da özlüyündə Türkiyənin nüfuzuna, həm iqtisadi inkişafına mənfi təsir edirdi. Qeyd edək ki, müxalifət, həmçinin Türk dünyasının birliyi məsələsini gözardı etmək niyyətində idi. Amma Rəcəb Tayyib Ərdoğan daim bu ideyanı müdafiə etmiş, türk dövlətlərinin birliyi üçün böyük səy göstərmişdir. Seçkilər zamanı qarşı tərəfin Azərbaycanla münasibətləri minimuma endirmək barədə sətiraltı mesajları cəmiyyət tərəfindən heç xoş qarşılanmamışdı. Çünki Azərbaycan-Türkiyə əlaqələri tarixi sınaqlardan keçməklə öz əbədiliyini sarsılmazlığını daim dünyaya nümayiş etdirmişdir. Xalqın Ərdoğana səs verməsi, həmçinin qardaş ölkənin onunla başlayan inkişafını, artan siyasi nüfuzunu, dünya birliyində söz sahibinə çevrilməsini, həmçinin Türk dünyasının birliyini gücləndirmək ideyasını dəstəklədiyinin təzahürü idi. Rəcəb Tayyib Ərdoğanın qalibiyyət sonrası balkon çıxışı zamanı söylədiyi fikirlər gələcək 5 ildə qardaş ölkənin daha da çiçəklənəcəyinə mühüm işarə oldu: "İki bayram arasında bizə demokratiya bayramı yaşadan xalqıma təşəkkür edirəm. Özünün uşaqlarının gələcəyi üçün seçkilərə gedən xalqımıza, qarşıdakı 5 ildə ölkəmizi bizə əmanət edən hər kəsə minnətdaram. 21 ildir layiq olduğumuz kimi, bundan sonra da Türk xalqına layiq olmağa çalışacağıq".

Təsadüfi deyil ki, Ərdoğanın qələbəsini ilk təbrik edən ölkə lideri məhz Prezident İlham Əliyev oldu. Həmçinin dövlət başçımızın iyunun 3- Türkiyəyə gedərək Ərdoğanın andiçmə mərasimində iştirak etməsi iki ölkə arasındakı münasibətlərin dərinliyinin göstəricisidir. Ərdoğanın yeni təyin olunmuş hökumətlə Türkiyənin yüzilliyi istiqamətində mühüm səylə çalışacağını bildirməsi qardaş ölkənin gələcəkdəki inkişaf perspektivlərindən xəbər verir. Mərasim zamanı Ərdoğanın Prezident İlham Əliyev ilə səmimi görüşməsi qonaqlar tərəfindən rəğbətlə qarşılanmışdır. Ümumiyyətlə, tədbirin gedişatında Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyevaya xüsusi diqqət göstərilib. Bunun əsasında isə iki qardaş ölkənin rəhbərlərinin doğma, isti münasibətləri durur. Mərasimdən sonra səlahiyyətlərinin icrasına başlayan Rəcəb Tayyib Ərdoğan yeni hökumətin tərkibini elan edib. Vitse-prezidentlik vəzifəsinin icrası Cevdet Yılmaza tapşırılıb. Yılmaz Tunç ədliyyə, Mahinur Özdemir Göktaş ailə sosial xidmətlər, Vedat İşıkhan əmək sosial müdafiə, Mehmet Özhaseki şəhərləşmə iqlim dəyişikliyi, Hakan Fidan xarici işlər, Alparslan Bayraktar energetika təbii sərvətlər, Osman Aşkın Bak gənclik idman naziri vəzifəsinə təyin olunub. Bundan başqa, Mehmet Şimşək xəzinə maliyyə, Ali Yerlikaya daxili işlər, Mehmet Nuri Ersoy mədəniyyət turizm, Yusuf Tekin milli təhsil, Yaşar Güler milli müdafiə, Fəxrəddin Qoca səhiyyə, Mehmet Fatih Kacır sənaye texnologiya, İbrahim Yumaklı kənd təsərrüfatı meşə, Ömər Bolat ticarət, Abdulkadir Uraloğlu nəqliyyat infrastruktur naziri vəzifəsini icra edəcəklər.

Daha bir xatırlatmalı məqam isə Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı ölkəmizə rəsmi səfərə dəvət etməsi idi. Bu dəvət Ərdoğan tərəfindən böyük məmnuniyyətlə qəbul olundu. Rəcəb Tayyib Ərdoğanın artıq ölkəmizə baş tutan dövlət səfəri çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycan-Türkiyə əlaqələrini daha da yaxşılaşdıracaq digər əməkdaşlıq imkanları ilə yanaşı, beynəlxalq regional hadisələrlə bağlı fikir mübadiləsinin aparılması da nəzərdə tutulur. Qeyd edək ki, Ərdoğan Prezident seçildikdən sonra ilk səfərini iyunun 12- Şimali Kipr Türk Respublikasına etmişdi.

Nəzrin ELDARQIZI,

"Respublika".