Azərbaycanla Türkiyə arasında imzalanmış saziş təsdiqləndi
Türk dünyası

Azərbaycanla Türkiyə arasında imzalanmış saziş təsdiqləndi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib. 

"Respublika" xəbər verir ki, sənəd “Resmi Gazete”də dərc olunub. 

Sənəd 2021-ci il dekabrın 22-də Bakı şəhərində imzalanıb. Saziş 12 maddədən ibarətdir. 

Sənədi Türkiyə hökuməti adından həmin dövrdə energetika və təbii sərvətlər naziri olan Fatih Dönməz, Azərbaycan hökuməti adından isə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev imzalayıb. 

Saziş mədənçilik sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. 

Nəzrin ELDARQIZI,

"Respublika"