Qırğızıstan və Tacikistan sərhədin daha 38 km-lik hissəsini razılaşdırıb
Türk dünyası

Qırğızıstan və Tacikistan sərhədin daha 38 km-lik hissəsini razılaşdırıb

İki ölkə arasında 972 kilometrlik sərhədin 90 faizi ilə bağlı razılıq əldə olunub. Tərəflər delimitasiya prosesini yazda başa çatdırmağı hədəfləyirlər.

"Respublika" Qırğızıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, delimitasiya üzrə komissiyalar yanvarın 10-16-da Qırğızıstanın Batkənd şəhərində toplaşıb. 

Xatırladaq ki, sərhəd bölgəsində yerləşən kəndlərdə yaşayan əhalinin başlatdığı münaqişələrə bəzi vaxtlarda iki ölkənin silahlı qüvvələri də cəlb olunurdu.

2022-ci il sentyabrın 14-ü baş verən ən son qarşıdurmada isə hər iki tərəfdən onlarla insan həyatını itirib