Ankarada törədilən terror aktında iki terrorçununda kimliyi müəyyənləşib
Türk dünyası

Ankarada törədilən terror aktında iki terrorçununda kimliyi müəyyənləşib

Əvvəlki araşdırmalar və DNT analizi nəticəsində terrorçulardan birinin terror təşkilatı PKK/KCK üzvü “Kanivar Erdal” kod adlı Həsən Oğuz, ikinci terrorçunun isə  PKK/KCK üzvü Özkan Şahin olduğu müəyyənləşib.

"Respublika" xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.  

Qeyd edək ki, oktyabrın 1-i bazar günü 2 terrorçu tərəfindən Daxili İşlər Nazirliyinə qarşı təşkil edilmiş xain terror cəhdinin qarşısı qəhrəman polis əməkdaşlarının dərhal həyata keçirdikləri tədbirlər nəticəsində alınmış və terrorçulara qarşı əməliyyat tədbirləri görülmüşdüü.