RUZİ-BƏRƏKƏT YARADANLARIN BAYRAMI
İQTİSADİYYAT

RUZİ-BƏRƏKƏT YARADANLARIN BAYRAMI

1996- ildə ümummilli lider Heydər Əliyev tərəfindən  "Meliorasiya irriqasiya haqqında" Azərbaycan Respublikası Qanununun imzalandığı 5 iyun tarixi  sonralar möhtərəm Prezident cənab İlham Əliyevin 24 may 2007-ci il tarixli sərəncamı ilə "Meliorator günü" kimi qeyd edilmişdir. Meliorasiya işçilərinin şərəfli əməyinə yüksək qiymət verən ölkə Prezidenti  cənab İlham Əliyev 5 iyunun Su Təsərrüfatı Meliorasiya İşçiləri Günü peşə bayramı kimi daha geniş miqyasda qeyd olunması barədə 14 may 2014- il tarixli sərəncam imzaladı. Möhtərəm Prezidentimizin daimi diqqət qayğısının bariz nümunəsi kimi, bu sənədin imzalanması su təsərrüfatı meliorasiya işçiləri  tərəfindən böyük sevinc minnətdarlıq hissi ilə qarşılandı, onları öz çətin şərəfli işlərinə  daha da həvəsləndirdi.

Bu qabaqcıl şərəfli peşə sahiblərindən olan təcrübəli, uzun müddət bu idarələrə rəhbərlik edənlərdən Samux, Goranboy Göygöl Suvarma Sistemləri idarələrinin rəisləri ilə görüşdük. Onlar bu bayram günündə meliorasiya işçilərinin yüksək əhvali-ruhiyyədə olmasını bildirdilər.                                                                                            

Samux Rayon Suvarma Sistemləri İdarəsinin rəisi, "Tərəqqi" medallı, həyatını bu sahəyə sərf edən peşəkar meliorator Gülağa Bağırov: Bu gün ölkəmizdə bu sahəyə diqqət qayğı  möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bir çox irimiqyaslı layihələr həyata keçirilir, infrastruktur yeniləşir.  

Qabaqcıl aqrar rayonlardan olan Samuxda  əhalinin ərzaq təminatını yüksəltmək üçün torpaqlara həyat verən suya  tələbatın  təşkili vacib məsələlərdəndir. Bu çətin şərəfli vəzifəni  müvəffəqiyyətlə icra edən Samux Suvarma Sistemləri İdarəsinin kollektivi gecə-gündüz sahələrdə olurbol məhsul yetişdirilməsi üçün əzmlə çalışırlar

Ərzaq təhlükəsizliyinin əsas sahəsi-taxılçılığın inkişaf etdirilməsi, torpağın sözün əsl mənasında, cana gətirilməsi kollektivin  prioritet məsələlərindəndir. Məhz bu baxımdan, ərzaq təhlükəsizliyinin təminatını Dövlət proqramları olan aqrar bölmənin dinamik davamlı inkişafını təmin etmək üçün idarənin işçiləri, hətta, gecəni sahələrdə keçirirlər. Müasir dövrdə digər sahələr kimi, bu qədər işlərin görülməsi üçün texnikanın köməyi əvəzedilməzdir.

Yuxarıda göstərilən bu işlərin görülməsi üçün  suvarma kanalları, stansiyalar, nasos aqreqatları qurğular saz  vəziyyətdə saxlanılır dinamik fəaliyyətdədir.Torpaqların səmərəli suvarılması üçün kanallarda əvvəlcədən  lildən təmizləmə, sahilbərkitmə selə qarşı torpaq işləri, kol-kosdan təmizləmə işləri görülmüşdür ki, bu gün suyun maneəsiz təchizatı göz qabağındadır. Eyni zamanda, yararsız boru kəmərləri təmir olunmuş, işlək vəziyyətə gətirilmişdir. Məhz bu baxımdan, görülən işlər öz effektini verərək, hətta çaylardan gələn sel sularından da itkisiz  maksimum istifadə olunur. Onu xüsusilə demək yerinə düşərdi ki, Respublika Meliorasiya Su Təsərrüfatı ASC rəhbərliyi bu işdə həmişə yaxından dəstək olurMelioratorçular  bu diqqət qayğının müqabilində daha da əzmlə çalışır, mövcud su mənbələrindən daha səmərəli istifadə etməklə hər bir sahədə bol məhsulun yetişdirilməsini ən ümdə vəzifə hesab edirlər.  

Sonda idarə rəhbəri bütün melioratorları bu əziz bayram münasibətilə təbrik edərək, bir daha əminliklə bildirdi ki, çiçəklənən dövlətimizin onun başçısı cənab İlham Əliyevin diqqət qayğısına cavab olaraq, qədirbilən Samux Suvarma Sistemləri İdarəsinin kollektivi qarşıya qoyulmuş mühüm vəzifələrin uğurla yerinə yetirilməsində daha güclü, qüdrətli Azərbaycan naminə qüvvələrini bundan sonra da səfərbərliyə alacaq böyük nailiyyətlərə imza atacaqdır.                                                                                                                        

Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi, "Tərəqqi" medallı İlqar Məhərrəmov öz peşəsinin bütün incəliklərini mənimsəmiş, işgüzarlığı  təvazökarlığı  ilə rayon sakinlərinin dərin hörmətini qazanmışdır. İdarə rəisi qeyd etdi ki, ölkə iqtisadiyyatının bütün sahələri kimi, kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib, sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu baxımdan, meliorasiya su təsərrüfatı işçilərinin əkinçilərə göstərdikləri köməyin əhəmiyyəti miqyası ildən-ilə artmağa başlayıb. Elə bunun nəticəsidir kiAzərbaycan Prezidenti cənab İlham Əliyev hər il iyun ayının 5-nin su təsərrüfatı meliorasiya işçilərinin peşə bayramı günü kimi təsis edilməsi haqqında sərəncam imzalayıb. Melioratorlar bunu ölkə rəhbəri tərəfindən respublikada məhsul bolluğu yaratmaq kimi müqəddəs şərəfli işlərində onların əməyinə verilən yüksək qiymət kimi dəyərləndirirlər.

Melioratorlar  bütün qüvvələrini sərf edərək, xalqın tələbatını ödəmək üçün məqsədyönlü tədbirlər həyata keçirirlər. Bu isə  ölkə əhalisinin daxili istehsal hesabına çörək digər ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların digər infrastruktur obyektlərin sel daşqın sularının zərərli təsirlərindən mühafizəsinə geniş imkanlar yaradır. Sözün əsl mənasında, meliorasiya su təsərrüfatı işçiləri  o insanlardır ki, məhz onların əməyi ilə susuz ərazilər su ilə təmin olunur, şorlaşmış sahələr duzlardan təmizlənir, bataqlıqlar qurudulur. Bəndlər dambalar tikilməklə çayların axınları tənzimlənir ölkə əhalisinin ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə etibarlı təminatı üçün əlverişli şərait yaradılır.

Məlumdur ki, dövlət başçısı  ərzaq təhlükəsizliyinin əsas sahəsi - taxılçılığın inkişaf etdirilməsi üçün istifadə olunmayan torpaqların əkin dövriyyəsinə cəlb edilməsi barədə müvafiq orqanlara tapşırıqlar vermişdir. Məhz ərzaq təhlükəsizliyinin təminatını Dövlət proqramları olan aqrar bölmənin dinamik davamlı inkişafını təmin etmək üçün suvarma meliorasiya işçiləri var  qüvvələri ilə çalışırlar. Bu işlərin görülməsi üçün  suvarma kanalları, stasionar stansiyaları, nasos aqreqatları qurğular  dinamik fəaliyyətdədir. Bununla kifayətlənməyərək yeni metodlardan istifadə edərək uzun müddət istifadə olunmayan su arxlarının yararlı vəziyyətə gətirilməsi üçün müvafiq tədbirlər görülür. Balansda olan  texnikaların köməyi ilə ötürücü stansiyalar daim saz vəziyyətdə saxlanılır, sağ sol sahil divarları bərkidilir, beton üzlüklər təmir olunur, lildən alaq otlarından təmizlənir. Respublika Meliorasiya Su Təsərrüfatı ASC rəhbərliyi bu işdə yaxından köməklik göstərir. Suvarma işçiləri bu diqqət qayğının müqabilində daha da əzmlə çalışırlar.

Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İsmayıl Əvəzov 5 iyun münasibətilə şərəfli peşə sahibləri olan, bütün su təsərrüfatı meliorasiya işçilərini təbrik edərək qeyd etdi ki, 1993- ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli xahişi ilə yenidən respublika rəhbərliyinə qayıdışı ilə meliorasiya su təsərrüfatı sahəsi öz inkişafının yeni  mərhələsinə qədəm qoydu. Bu  vacib sahəyə diqqət qayğı son  dərəcədə artırıldı. Dağıdılmış mövcud meliorasiya potensialı bərpa olundu, yeni layihələr hazırlanaraq daha səmərəli metodlardan istifadə yolları müəyyənləşdirildi. Aqrar sahələrdə aparılan islahatlarla paralel meliorasiya su təsərrüfatında da həmahəng məqsədyönlü islahatlar aparıldı. Bu gün  ölkəmizdə bu sahəyə diqqət qayğı ulu öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bir çox irimiqyaslı layihələr həyata keçirilir. Yaz-tarla işlərinin gedişində  mövcud su ehtiyatlarından israfçılığa yol vermədən, qənaətlə istifadənin təşkili məqsədilə tərəfimizdən müəyyən təkliflər hazırlanıb, müvafiq qaydada icra olunur ki, bu da öz səmərəsini verir.   

Sonda idarə rəisi bütün melioratorları bu əziz bayram münasibətilə təbrik edərək, bir daha əminliklə bildirdi ki, çiçəklənən dövlətimizin onun başçısı cənab İlham Əliyevin diqqət qayğısına cavab olaraq, melioratorlar  daha da əzmlə çalışacaq, mövcud su mənbələrindən daha səmərəli istifadə etməklə hər bir sahədə bol məhsulun yetişdirilməsinə nail olacaqlar.                                                                                                                    

Biz 5 iyun günündə bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirən, su təsərrüfatı meliorasiya sahəsində fəaliyyət göstərən bütün əməkçiləri peşə bayramları münasibətilə ürəkdən təbrik edir, əmin olduğumuzu bildiririk ki, fədakar melioratorlar bundan sonra da qarşılarında dayanan vəzifələrin tam məsuliyyətlə yerinə yetirilməsi üçün bütün imkan bacarıqlarından istifadə edərək, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi iqtisadiyyatımızın daha da inkişafı naminə əllərindən gələni əsirgəməyəcəklər.      

Zabit XƏLİLOV,

"Respublika".