Rusiya səfirliyi və ABŞ administrasiyası gələcək ikitərəfli əlaqələr haqqında razılığa gəliblər
Siyasət

Rusiya səfirliyi və ABŞ administrasiyası gələcək ikitərəfli əlaqələr haqqında razılığa gəliblər

Rusiyanın ABŞ-dakı səfirliyi gələn həftə ikitərəfli münasibətlər mövzusunda Amerika administrasiyasının nümayəndələri ilə təmaslar barədə razılığa gəlib.

"Respublika" TASS-a istinadla bildirir ki, bu barədə bazar ertəsi jurnalistlərə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.

“Gələn həftə təmaslar barədə razılığa gəldik. İkitərəfli münasibətlərin problemləri, bundan sonra necə yaşamalı olduğumuz, Rusiya-Amerika münasibətlərinin tamamilə pozulmaması üçün hər hansı şansın olub-olmaması haqqında müzakirələr apardıq”, - deyə səfir vurğulayıb.