Qayıdış Konsepsiyasının BMT-nin rəsmi sənədi kimi yayılması mühüm uğurdur
Siyasət

Qayıdış Konsepsiyasının BMT-nin rəsmi sənədi kimi yayılması mühüm uğurdur

Hazırda Azərbaycanın əsas diqqəti indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz ləyaqətli şəkildə geri qayıtma hüququnun təmin edilməsi, eləcə qayıdışdan sonra onların fərdi kollektiv hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının, mədəni-tarixi irsinin bərpası qorunması məsələlərini əhatə edən Qayıdış Konsepsiyasıdır. Bu layihə ilə bağlı xeyli işlər görülür, azərbaycanlı rəsmilər ən ali kürsülərdə sözügedən sənədə istinad edirlər. Görülən işlər öz bəhrəsini verir.

Son olaraq, Birləşmiş Millətlər Təşkilatının katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının İqtisadi Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Konsepsiya adıçəkilən orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.

Qayıdış Konsepsiyasının beynəlxalq orqanların gündəliyində yer alması isə sözsüz ki, böyük uğur kimi qiymətləndirilməlidir. Bu hadisə başlıca olaraq Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtmalarına xidmət edir. Çünki sənədin BMT-nin ən mötəbər orqanlarının gündəliyinin məhz qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin əməkdaşlığın bərqərar olması üçün zəruriliyinin beynəlxalq müstəvidə təsdiqidir. Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar da bildirib ki, bu, bir uğurdur bizi sülh yolu ilə, təhlükəsiz ləyaqətli şəkildə öz evlərimizə geri qayıtmaq istiqamətində apardığımız fəaliyyəti davam etdirməyə ruhlandırır

Tamamilə beynəlxalq hüquqa uyğun olan konsepsiyanın BMT- rəsmi sənəd kimi yayılması həm strateji əhəmiyyətə malikdir. Belə ki, bu addım Ermənistan hökumətinin Qərbi Azərbaycan mövzusunu təhrif etməsi imkanlarını azaldır, bu ölkəni bir növ İcma ilə danışıqlara başlamağa çağırır bu mövzuda beynəlxalq prosesin başlanmasını təşviq edir.

Qeyd edək ki, bu, İcmanın BMT sənədi kimi yayılmış ikinci sənədidir. Bundan əvvəl yanvarın 31- BMT Katibliyinin Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini yayması ilə 190-dan çox ölkə Qərbi Azərbaycan, oradan qovulmuş soydaşlarımızın taleyi geri qayıtmaq arzusu barədə xəbər tutub. Bu, Qərbi azərbaycanlıların haqq səsinin duyulması istiqamətində ilk ən mötəbər sənəd hesab olunurdu. Bu gün artıq ikinci belə sənədin yayılması isə beynəlxalq müstəvidə Qərbi Azərbaycanla bağlı aparılan işlərin daha da sürətləndirildiyinə işarə edir.

Belə olan halda isə Ermənistan tərəfi bu qayıdışın təminatını həyata keçirməklə bağlı öz məsuliyyətini dərk etməlidir. Çünki rəsmi İrəvanın başqa çıxış yolu yoxdur. Əvvəlcə ona görə ki, bu öhdəliklər BMT quruma üzv olan ölkələr tərəfindən tanınır. Qərbə inteqrasiyasını dövlətin prioritet siyasəti elan edən Paşinyan Administrasiyası isə indiki məqamda BMT- zidd addımlar ata, qərarlar verə bilməz. Digər tərəfdən isə rəsmi Bakının artıq qayıdışla bağlı təcrübəsi var bunu İrəvana diktə edə bilər. Azərbaycan ordusunun Qarabağın 30 il davam edən işğalına son qoyması, qarabağlıların yurd-yuvalarına qaytarılması Qərbi azərbaycanlıların da eyni uğurlu sonu yaşayacağının təminatıdır. Dövlət başçımızın da dediyi kimi: "Mən əminəm ki, bu gün gələcək əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".

Jalə QASIMZADƏ,

"Respublika".