Dost və tərəfdaş ölkələr
Siyasət

Dost və tərəfdaş ölkələr

18 may 1992-ci ildə Azərbaycanla Moldova arasında diplomatik münasibətlər qurulmuşdur

Vaxtilə SSRİ-nin tərkibində olan Azərbaycan Moldova respublikaları arasında hər zaman dostluq münasibətləri olmuş, müstəqilliklərini əldə etdikdən sonra ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. 1992-ci il may ayının 18- Azərbaycan-Moldova diplomatik münasibətləri qurulmuşdur. 1997-ci il noyabrın 26-28- Moldova Prezidenti Petru Luçinskinin Azərbaycana ilk rəsmi səfəri ölkələr arasında əlaqələrin möhkəmlənməsində, ümumiyyətlə, Azərbaycan-Moldova münasibətlərində mühüm mərhələ təşkil etmişdir. 2005-ci il oktyabrın 5- Azərbaycanın Moldovada, həmin ilin noyabrında isə Moldovanın ölkəmizdə səfirliyi açılmışdır.

Hələ ötən əsrin 90- illərinin sonlarında əlaqələrin inkişafı istiqamətində irəliləyişlər əldə olunmuş, Azərbaycan Respublikası Moldova Respublikası arasında dostluq əməkdaşlıq haqqında Müqavilə, Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir əmlak vergilərinin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında Konvensiya, vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə qarşılıqlı yardım əməkdaşlıq, elmi-texniki əməkdaşlıq, investisiyaların təşviqi qarşılıqlı qorunması .s sənədlər imzalanmışdır. Ölkələr arasında təhsil, mədəniyyət, səhiyyə, valyuta ixrac nəzarəti sahəsində əməkdaşlıq qarşılıqlı yardım haqqında sazişlər, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Moldova Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol da imzalanan sənədlər sırasında yer almışdır.

2004- ildə Moldova Prezidenti Vladimir Voronin Azərbaycanda rəsmi səfərdə olmuş, Prezident İlham Əliyevlə təkbətək görüşmüşdür. Görüş zamanı hər iki dövlət başçısı ölkələrinin işğala məruz qaldıqları, buna son qoyulması üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd etmişlər. Səfər çərçivəsində qarşılıqlı faydalı münasibətləri tənzimləyən bir sıra sənədlər - Azərbaycan Respublikası Prezidentinin Moldova Respublikası Prezidentinin Birgə Bəyannaməsi, Azərbaycan Respublikası Moldova Respublikası arasında mülki, ailə cinayət işləri üzrə hüquqi yardım hüquqi münasibətlər haqqında Müqavilə, Azərbaycan Respublikasının Hökuməti ilə Moldova Respublikasının Hökuməti arasında uzunmüddətli iqtisadi əməkdaşlıq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Moldova Respublikasının Ədliyyə Nazirliyi arasında, əmək əhalinin sosial müdafiəsi sahəsində, Azərbaycan Respublikası Kənd Təsərrüatı Nazirliyi ilə Moldova Respublikası Kənd Təsərrüfatı Yeyinti Nazirliyi arasında iqtisadi elmi-texniki əməkdaşlıq haqqında sazişlər, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Moldova Respublikasının Xarici İşlər Nazirliyi arasında 2005-2006- illər üçün məsləhətləşmələr Planı s. imzalanmışdır.

2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Moldovaya rəsmi səfəri beynəlxalq regional məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Moldovanın Prezidenti Vladimir Voroninlə təkbətək görüş zamanı dövlət başçıları suveren dövlətlərin ərazinin bütövlüyünə qarşı yönəlmiş təcavüz aktlarının yolverilməzliyini diqqətə çatdırmışlar. Görüşün nəticəsi olaraq imzalanan sənədlər arasında hava əlaqəsi, informasiya texnologiyaları sahəsində əməkdaşlıq, "Azərbaycan Televiziya Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti "Teleradio-Moldova" İctimai Şirkəti arasında əməkdaşlıq haqqında sazişlər mühüm sənədlər kimi dəyərləndirilmişdir.

Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Moldova Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin həllinə təkan verə biləcək tədbirlərdə fəal şəkildə iştirak etməyə hər zaman hazır olduğunu bəyan etmişdir. Belə ki, 2008-ci ildə BMT Baş Məclisinin 62-ci sessiyasında Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qurumun qəbul etdiyi qətnamənin müzakirəsi zamanı Moldova ölkəmizin lehinə səs vermişdir. Öz növbəsində, Azərbaycan da hər zaman Moldovanın ərazi bütövlüyünün bərpasını, Dnestryanı bölgə probleminin nizama salınması sahəsində fəaliyyətini qətiyyətlə dəstəkləmişdir.

Dövlət başçılarının qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq təşkilatlarda görüşlər ikitərəfli əlaqələri daha da dərinləşdirir. Bu gün Azərbaycan ilə Moldova arasında iqtisadi əlaqələr özünün inkişaf mərhələsinə yüksəlib. Moldova həm ikitərəfli, həm Demokratiya İqtisadi İnkişaf Uğrunda Təşkilat (GUAM) kimi təşkilatlar çərçivəsində Azərbaycanla əlaqələri genişləndirir. Bu ilin əvvəlində Moldovanın baş naziri Dorin Receanın ölkəmizin Moldova Respublikasındakı fövqəladə səlahiyyətli səfiri Qüdsi Osmanov ilə görüşündə Moldova-Azərbaycan əlaqələrinin dərinləşdirilməsi, o cümlədən ölkəmizə qoyulan investisiyaların həcminin artırılması məsələləri müzakirə edilib. Rəsmilər hər iki dövlətin vətəndaşlarının mənafeyi naminə səmərəli qarşılıqlı faydalı tərəfdaşlığın qorunub saxlanmasının inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər. Baş nazir Dorin Recean, həmçinin iki ölkənin adamları arasında İT, kənd təsərrüfatı enerji kimi sahələrdə daha dinamik qarşılıqlı fəaliyyətdən danışıb: "Bir neçə Azərbaycan şirkəti artıq ölkəmizdə fəaliyyət göstərir biz sizi Moldova Respublikasının təklif etdiyi imkanları birlikdə araşdırmağa dəvət edirik". Səfir Qüdsi Osmanov Azərbaycan ilə Moldova arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyini, ikitərəfli əlaqələrin bir sıra layihələrin həyata keçirilməsinə töhfə verəcəyini vurğulayıb.

Moldova-Azərbaycan iqtisadi əlaqələri aqrar-sənaye sektorunun inkişafı üçün yeni imkanlar yaradır. Moldovanın Kənd Təsərrüfatı Qida Sənayesi Nazirliyinin baş katibi Sergiu Gerciu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ilə görüşündə bu əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, ölkəsinin Azərbaycan bazarına maraqlı olduğunu qeyd edib. Xələf Xələfov da öz növbəsində Azərbaycanın Moldova ilə ticarət əlaqələrinin intensivləşməsinə açıq olduğunu bildirib. "Biz bu əməkdaşlığa yeni təkan vermək istəyirik. Bizim üçün Moldova kifayət qədər cəlbedicidir, çünki siz ilə sərhəddəsiniz, ona görə biz birgə müəssisələr yarada bilərik. Kənd təsərrüfatı prioritetdir buna çoxlu sərmayə qoyula bilər".

İqtisadi əlaqələrin genişləndirilməsi üzrə növbəti addımlar Moldova-Azərbaycan hökumətlərarası komissiyası çərçivəsində müəyyən edilir. 2022-ci ildə Moldova-Azərbaycan ikitərəfli ticarətinin həcmi 11,3 milyon ABŞ dolları təşkil edib ki, bu da 2021-ci illə müqayisədə eynilik təşkil edir.

Moldovanın baş naziri Nataliya Qavrilitsa ötən il Bakıda işgüzar səfərdə olarkən ölkə başçımız təkbətək görüş zamanı demişdir: "Azərbaycan ilə Moldova dost tərəfdaşdırlar. Əminəm ki, gələn illər ərzində əməkdaşlığımızın intensivləşdirilməsi yolları üzərində çalışacağıq, çünki belə yaxşı siyasi münasibətlərlə yanaşı, biz birmənalı olaraq, digər sektorlarda imkanları da araşdırmalıyıq. İnanıram ki, səfəriniz zamanı bu məsələlər ciddi şəkildə nəzərdən keçiriləcək biz ticari əməkdaşlıq, iqtisadi işbirliyində daha çox canlanmanı görəcəyik. Əminəm ki, ikitərəfli ticarət səviyyəsini artırmaq üçün böyük potensial var".

Baş nazir Nataliya Qavrilitsa Moldovanın Azərbaycanla ticarət əlaqələrini dərinləşdirməyə hazır olduğunu, Moldovanın Azərbaycanı güclü etibarlı tərəfdaş kimi gördüyünü qeyd etmişdir: "Biz eyni dərəcədə Cənubi Qafqazın əsas ölkələri xüsusilə Azərbaycanla ticarət investisiya əlaqələrimizi dərinləşdirməkdə qərarlıyıq. Biz əslində çox ehtiyac duyulan sistem dəyişikliyinə, həm milli regional təfəkkürümüzdə real dəyişikliyə imkan vermək üçün dövlət özəl sektorlar arasında rəqəmsal körpülər qururuq. Biz bu səfərdə azərbaycanlı investorları qarşılamağa yerləşdirməyə hazırıq. Ukraynadakı vəziyyətin iqtisadi nəticələrini yumşaltmağa, Moldova ilə arasında iqtisadi əlaqələri asanlaşdırmağa çalışdığı üçün Azərbaycan bu prosesdə etibarlı tərəfdaş ola bilər".

Azərbaycanla Moldova arasında əlaqələr bütün sahələr üzrə inkişaf edir, beynəlxalq təşkilatlarda iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilir.

Rəsmi Kişinyov Azərbaycanla iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Belə ki, Moldova Azərbaycana kənd təsərrüfatı texnikası məhsulları satmaq, Azərbaycandan isə təbii qaz, elektrik enerjisi idxal etmək istəyir. Moldova ilə Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, enerji sahəsində əməkdaşlıq, beynəlxalq təşkilatlar, beynəlxalq parlamentlərarası təsisatlarda birgə fəaliyyət yüksək səviyyədə həyata keçirilir. Ötən il fevralın 24- Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşündə İqor Qrosu əlaqələrin dinamik intensiv xarakter daşıdığını məmnunluqla vurğulamış bu kursun davam etdirilməsinin vacibliyini qeyd etmişdir.

Moldova ilə Azərbaycan arasında genişlənən əlaqələr, möhkəm dostluq münasibətləri xalqlarımızın rifahına, ölkələrimizin gələcək inkişafına xidmət edir.

Mehparə ƏLİYEVA,

"Respublika".