Qanvermə aksiyası keçirilib
Digər xəbərlər

Qanvermə aksiyası keçirilib

15 may 2023-cü il tarixində Maliyyə Monitorinqi Xidmətində qanvermə aksiyası keçirilib. Qurumun məlumatında bildirilir ki, B.Eyvazov adına Hemotologiya Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Tədarük olunan qan nümunələri qanköçürmə stansiyasında yoxlandıqdan sonra xəstələrin müalicəsində istifadə olunacaq.