Azercell Samsung istifadəçilərinə 5G-nin sürətini sınamağa imkan yaradır
Digər xəbərlər

Azercell Samsung istifadəçilərinə 5G-nin sürətini sınamağa imkan yaradır

Samsung smartfonları üçün eksklüziv 5G lisenziyasını əldə edən ilk yerli mobil operator Azercell oldu

Artıq Azercell abunəçiləri Fəvvarələr meydanı boyu Samsung S22 seriyalı smartfonlarında da 5G texnologiyasını sınaqdan keçirə bilərlər. Belə ki, aprel ayının 6-dan başlayaraq "Samsung Azərbaycan" lider mobil operator ilə birgə əməkdaşlıqda bu smartfon modelləri üçün 5G dəstəkli proqram təminatını istifadəyə verib.

Azercell abunəçiləri hər hansı əlavə ödəniş etmədən telefonlarının ekranlarında *595#YES yığmaqla mövcud internet trafikləri çərçivəsində 5G sürətini test ərazisində sınaqdan keçirə bilərlər. Əlavə olaraq, 5G-ni ilk dəfə sınaqdan keçirən abunəçilərin nömrələrinə 24 saat ərzində 5GB həcmində internet paket hədiyyə ediləcək. Hədiyyəlik internet paket 30 gün ərzində qüvvədə olacaq.

Qeyd edək ki, Azercell ölkədə ilk 5G şəbəkəsini sınaq rejimində ötən ilin dekabr ayında təqdim edib. Bununla da mobil operator yeni texnologiyaları abunəçiləri üçün əlçatan etmək üzrə bazarda liderliyi qoruyub. Beşinci nəsil simsiz rabitə şəbəkəsi 1 Gb/s.-ə qədər daha yüksək yükləmə sürəti, ultra-aşağı ləngimə, daha yüksək etibarlılıq, geniş şəbəkə tutumu daha mükəmməl istifadəçi təcrübəsini təmin edir.

Hazırda 5G şəbəkəsi öz tətbiqini daha çox böyük sənaye şirkətlərində taparaq avadanlıqların uzaqdan idarə edilməsi, məsafədən asılı olmayaraq məlumat bazasına ani giriş imkanının təqdim edilməsi üçün istifadə edilir. 5G yerli biznes sənayelərdə innovativ həllərin sayını artırmaqla yanaşı, müştəri təcrübəsi üçün daha geniş imkanlar yaradacaq.

5G texnologiyasının istehlakçı seqmentində uğurlu tətbiqi üçün imkanlara gəldikdə isə, onlar dünya miqyasında araşdırılır. Bu texnologiyanın təqdim etdiyi sərhədsiz imkanlar əsasında istifadəçilər üçün perspektivli innovativ həllər hazırlanır.

Ülvi QARAYEV,

Respublika”.