Qəza-xilasetmə əməliyyatları
Digər xəbərlər

Qəza-xilasetmə əməliyyatları

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 55 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. FHN-nin mətbuat xidmətinin məlumatında bildirilir.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 10 nəfər xilas edilib, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

“Respublika”.