Parataekvondo üzrə millimiz dünya Qran-Prisində mübarizə aparır
İdman

Parataekvondo üzrə millimiz dünya Qran-Prisində mübarizə aparır

Fransanın paytaxtı Parisdə parataekvondo üzrə dünya Qran-Prisi keçirilir.

Milli Paralimpiya Komitəsindən “Respublika”ya verilən məlumata görə, Paris-2024 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran mötəbər yarışda Azərbaycan yığması da iştirak edir.

Millimizin üzvləri Sabir Zeynalov (58 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Əbülfəz Abuzərli (80 kiloqram) medal uğrunda mübarizə aparacaqlar.