Pakistanda terror aktı nəticəsində 11 nəfər həlak olub
Dünya xəbərləri

Pakistanda terror aktı nəticəsində 11 nəfər həlak olub

Pakistanın Əfqanıstanla sərhəd olan Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda törədilən terror aktı nəticəsində 11 nəfər həlak olub.

 

"Respublika" xəbər verir ki, bu barədə ölkənin Baş naziri səlahiyyətlərini icra edən Ənvar-ül-Haq Kakar bildirib.

 

O, “X” sosial şəbəkəsində yazıb: “Şimali Vəziristanda 11 günahsız işçinin həyatına son qoyan terror aktı barədə məlumat almaq dəhşətlidir. Biz bu mənasız zorakılıq aktını qətiyyətlə pisləyir və həlak olanların ailələrinə səbir diləyirik”.