Hakan Fidanın Rusiyaya səfərinin tarixi açıqlanıb
Dünya xəbərləri

Hakan Fidanın Rusiyaya səfərinin tarixi açıqlanıb

Türkiyə XİN rəhbəri  Hakan Fidanın Rusiyaya səfəri ilə əlaqədar açıqlama verilib.

“Respublika” “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, XİN-nin rəsmi saytı vasitəsilə verilən yazılı açıqlamada bu ifadələr yer alıb: "Hörmətli nazirimiz 31avqust -1 sentyabr 2023-cü il tarixlərində Rusiya Federasiyasına işgüzar səfər edəcək”.

Səfər çərçivəsində regional və qlobal hadisələr, xüsusilə ikitərəfli münasibətlərimizin gündəliyi ilə bağlı məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.

Musa Bağırlı,

“Respublika”.