Ordu quruculuğuna həsr olunmuş tədbir
Region

Ordu quruculuğuna həsr olunmuş tədbir

Silahlı Qüvvələr Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbirlərdən biri də Balakən rayonunda keçirilib. Tədbirdə rayonun idarə və müəssisə rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş oğullrımızın xatirəsi böyük hörmət hissi ilə anılıb, onların ruhlarına dualar oxunub.

Məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Turan Dibirov bildirib ki, bu gün dünya şöhrətli Heydər Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə yüksək maddi-texniki bazaya və döyüş qabiliyyətinə malik ordu yaradılıb. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində mənfur erməni tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etdi, əsgər və zabitlərimiz nümayiş etdirdikləri igidlik və şücaət ilə qəhrəmanlıq dastanı yaratdılar.

  Digər çıxış edənlər də Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu sahəsində son illərdə əldə olunmuş uğurlardan danışıblar. Qeyd edilib ki, ordumuz hər birimizin iftixarı, xalqımızın qürur mənbəyidir. Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordunun yaradılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu bir daha vurğulanıb.

 M.NƏRİMANOĞLU,

“Respublika”.