Murğuzalılı kəndində səyyar qəbul
Region

Murğuzalılı kəndində səyyar qəbul

İmişli rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi görüşlər keçirilir. Rayon icra hakimiyyəti başçısının qrafikə uyğun olaraq bu dəfə səyyar görüş-qəbulu rayonun Murğuzalılı kəndində keçirildi.

Səyyar görüş-qəbulda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan ətraflı danışdı. Murğuzalılı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Cahangir Əzizov kəndin sosial-iqtisadi inkişafı, məşğuliyyəti və görülən işlərlə bağlı məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətini nəzərə çatdırdı. 

Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını bildirərək, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Ərəstun ABDULOV, 

"Respublika".