Nasist Njdeyə abidə ucaldan ölkənin çirkin “holokost
Digər xəbərlər

Nasist Njdeyə abidə ucaldan ölkənin çirkin “holokost" kampaniyası fiaskoya uğrayır

Haylar öz xislətindən əl çəkmir. Guya Azərbaycanın Xankəndiyə "müdaxilə etmək" və orada "holokost" törətmək istədiyini bildirən Ermənistanın bəzi nümayəndələri bu kimi əsassız bəyanatlarla nəinki xarici toplumun, heç yerli hayların belə diqqətini çəkə bilməyib. 1915-ci ildə guya Türkiyənin Ermənistana qarşı "holokost" törətdiyini deyən ermənilərin deyəsən Azərbaycan siyasətindən xəbəri yoxdur. Xankəndidə yaşayan erməni əsilli şəxslərin hələ də seçim etməməsinə səbir edən və onlara humanitar yardım göndərmək istəməsi, ən əsası Ermənistandan fərqli olaraq Azərbaycanın dinc sakinlərə qarşı heç bir "müdaxilə" düşünmədiyini qəti şəkildə bildirməsi hələ rəsmi İrəvanın qulağına çatmayıb.

Holokost faciəsini Xankəndi ilə əlaqələndirmək sadəcə erməni mistikası ilə mümkün ola bilər. Holokost bəşər tarixində ən qanlı hadisə idi, o zaman altı milyondan çox avropalı yəhudi Hitler Almaniyası tərəfindən irqi ayrı-seçkilik, antisemitizm (antisemitizm yəhudiləri yəhudi kimi görən xalqların və dövlətlərin irqçi düşüncəsidir) əsasında məhv edilib. Həmin faciədən sonra dünyada neçə-neçə qanlı hadisələr olub. Lakin heç kim bu hadisələrə "holokost" deməyə cəsarət etmədi. Xankəndidə yaşayan ermənilərə Azərbaycanın "holokost" etdiyini demək, əsl holokost faciəsini gözdən salmaqdır. Bu saxtakarlığa dözməyən Amerika, Avropa və Tel-Əvivdəki Ravvinlər (yəhudilərin din xadimləri belə adlandırılır) Ermənistanın "holokost" barədə danışmağa haqqının olmadığını bildiriblər. Təl-Əvivdəki dağ yəhudiləri sinaqoqunun baş ravvini Şmuel Simantovun Ermənistan tərəfinin Azərbaycana qarşı ittihamlarının əsassız olduğunu deyib. Ravvin qeyd edib ki, Xankədidəki erməni əsilli sakinlərin yaşadıqları cənnəti "Holokost" adlandırması anlaşılan deyil.

Ermənistanın baş naziri Paşinyanın Fransanın xəbər agentliyi "AFP"yə verdiyi müsahibədə Azərbaycanın Qarabağda guya daha bir "holokost" törətməyə hazırlaşması, həmçinin Ruben Vardanyanın ermənilərin iztirablarının "Holokost" qurbanlarının iztirablarından daha çox olması kimi fikirləri dünyanın bütün yəhudi və ravvinlərini hiddətləndirib. Nasist Qaregin Njde və terrorçu Monte ave Melkonyanın şərəfinə abidə qoyulması və ölkənin bir çox küçələrinin terrorçuların adını daşıması Ermənistanın necə bir dövlət olduğunu göstərir.

"Beynəlxalq Araşdırma Mərkəzi" 2016-cı ildə apardığı sorğuya əsasən o nəticəyə gəlmişdi ki, Ermənistan Şərqi və Mərkəzi Avropanın ən antiseminist ölkəsidir. Araşdırmalar isə sübut edir ki, əsl "holokost" yaşandığı dövrdə bəzi müsəlmanlar yəhudilərə kömək ediblər.

Təsadüfi deyil ki, bir dövlətin faciəsi ilə bağlı olan terminin işlədilməsi zamanı həmin dövlətin adının çəkilməməsi və ümumiyyətlə, Azərbaycan kimi tolerant bir dövlətin öz torpaqlarına qayıtmaq istəyini "holokost" adlandırması son gərginlikdən sonra Ermənistanın panikaya düşməsinin nəticəsidir. Paşinyan yenə də 3 il əvvəl olduğu kimi, tanıdığı bütün nömrələrə zəng edərək kömək istəyir. Ermənistanda hərbçi valideynləri hər gün etiraz aksiyası keçirir. Xankəndini artıq öz axarına buraxmaqdan başqa çarəsi qalmayan Ermənistan dərin böhrana girmək üzrədir. Regionda ermənilərin gələcək taleyi barədə dəqiq nəsə demək mümkün deyil. Ola bilər, köçəri xalq olan haylar daha geniş ərazi iddia etmək və özlərini daha yazıq göstərmək üçün növbəti köçə başlasınlar...

T.SADIQOV,

"Respublika".