İsmayıllıda təmizlik aksiyası
Region

İsmayıllıda təmizlik aksiyası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ölkə ərazisindəki çayların sahillərində növbəti ümumrespublika təmizlik aksiyası çərçivəsində İsmayıllı rayonunda bir sıra çayların sahillərində təmizlik aksiyası keçirilib.

Aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, və rayonun bir sıra qurumlarının nümayəndələri, həmçinin İsmayıllı gəncləri aktiv iştirak ediblər.

Aksiyada toplanmış tullantılar xüsusi nəqliyyat vasitəsilə poliqona daşınıb. Tədbirin keçirilməsində məqsəd - ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çikləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır.

M.QULUYEV,

“Respublika”.