Müdafiə Nazirliyində kadr dəyişikliyi edilib
Digər xəbərlər

Müdafiə Nazirliyində kadr dəyişikliyi edilib

Azərbaycan Respublikasının müdafiə nazirinin müvafiq əmri ilə nazirliyin mətbuat xidmətinin rəisi  polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsi isə xidmətin rəis müavini vəzifəsinə təyin edilən polkovnik-leytenant Anar Eyvazova həvalə olunub.

AZƏRTAC