Hərbi Prokurorluq Müdafiə Nazirliyinin hərbi qulluqçusunun odlu silahdan atəş açaraq özünü öldürməsi ilə bağlı məlumat yayıb
Digər xəbərlər

Hərbi Prokurorluq Müdafiə Nazirliyinin hərbi qulluqçusunun odlu silahdan atəş açaraq özünü öldürməsi ilə bağlı məlumat yayıb

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin hərbi qulluqçusunun odlu silahdan atəş açaraq özünü öldürməsi ilə bağlı məlumat yayıb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abdullazadə Səid Məzahir oğlunun odlu silahdan atəş açaraq özünü öldürməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.

AZƏRTAC