Molla rejimi düşmənçilik siyasətindən əl çəkmir
Digər xəbərlər

Molla rejimi düşmənçilik siyasətindən əl çəkmir

İranın molla rejimi Azərbaycanda təxribatlar törətmək, öz ideologiyasını cəmiyyətin şüuruna yeritmək ictimai rəyi çaşdırmaq üçün hər cür hiyləgərliyi sınaqdan keçirir. Fars molla rejiminin ölkəmizə qarşı təbliğat məqsədli fəaliyyətinin yeni olmadığı kimi, tarix boyu xalqımıza qarşı düşmənçilik siyasəti yürütdüyü hər kəsə məlumdur. İran bu çirkin əməllərini gerçəkləşdirməklə Azərbaycan əhalisinin dini inanclarını istismar edir, həmçinin Azərbaycan hakimiyyətinin anti-İslam imicini formalaşdıraraq beynəlxalq arenada gözdən salmağa çalışır. Qonşu ölkə indi daha çox sosial şəbəkələr üzərindən təbliğat aparmağa, burada yaratdıqları 100-dən çox qrupları böyüdərək daha geniş auditoriyalara çatdırmağa cəhd göstərir.

Bu ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə olunan silahlı terror isə İranın ölkəmizə qarşı qısqanclığının artdığını, Hayastanla əlbir olduğunu bir daha sübut etdi. Məsələ qədər ört-basdır edilməyə çalışılsa da, hadisənin İran vətəndaşı tərəfindən qəsdən törədildiyi məlum oldu. Molla rejimi elə hesab edirdi ki, rəsmi Bakı təhdidlərdən çəkinəcək səssiz qalaraq olanlara göz yumacaq. Lakin İran tərəfi unudur ki, Azərbaycan hazırda dünyada yeri, sözü, çəkisi olan dövlətdir. Dünyanın ən nüfuzlu ölkələri onun müttəfiqi, tərəfdaşıdır. Şübhəsiz ki, İranın əvvəllər sətiraltı, indi isə açıq şəkildə Ermənistanı dəstəkləməsinin siyasi strateji tərəfdən sərt geri dönüşləri olacaq. Qonşu ölkə hələ Zəfər qələbəmizdən öncəki dövrlərdə özünü din qardaşımız elan etməsinə baxmayaraq, Ermənistanın Qarabağ torpaqlarında məscid məbədləri dağıdıb talan etməsinə, tövlə halına gətirib donuz saxlamasına alqış tuturdu. İran özlərini dinin mərkəzi elan etmələrinə baxmayaraq, müqəddəs evlərin bu hala gəlməsinə səs çıxarmır, göz yumurdu. Bu da İranın qərəzli siyasət yürütdüyünü, ermənipərəst olduğunu deməyə əsas verir.

Mollakratiya o qədər azğınlaşıb ki, Azərbaycan ədəbiyyatını, mədəni irsini belə, şübhə altına almağa çalışır. Son illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin fars olduğunu, onun ölkəmizlə heç bir bağının olmadığını iddia etməyə başlayıblar. Ermənistanın daima yürütdüyü ikili siyasətlər, dostunu arxadan bıçaqlaması öz işinə yarayan şəkildə ondan istifadə etməsi tarixən bəllidir bu davam edir. Rusiyaya vaxtilə sığınması, amma indi anti-Rusiya aksiyaları keçirməsi isə buna bariz nümunədir. Buna görə İranın atdığı addımlar, Ermənistana inanaraq etdiyi bu əməllər yalançı qaralama kampaniyalarına elə Nizaminin şeiri ilə qarşılıq vermək yerinə düşər:

Öz adına layiq işlər gör ki, sən,

Axırda utanma xəcalətindən.

Molla rejimi öz mövqeyini İkinci Qarabağ müharibəsi zamanı aydın şəkildə bəyan etdi. Gizlin formada Ermənistana ixrac edilən silahlar, əməl davranışları ilə onları dəstəkləmələri əlbəttə ki, bəlli idi. Molla rejimi Azərbaycan torpaqlarının işğaldan azad olunmaması üçün bacardığı bütün naqislikləri edib, torpağımızı təbii sərvətlərimizi necə deyərlər, "torba ilə daşıtdırıb". Bundan sonra İran əhli-beytlərinin İrəvana axışının, Ermənistana dəstəklərinin ardı-arası kəsilmədi. Ötən ilin sonunda İranın "beynəlxalq" Əhli-Beyt təşkilatının rəhbəri Ayətullah Həsən Əxtari İrəvana erməni kilsəsinin dəvəti ilə gedib orada çıxışı zamanı bildirib ki, ermənilər iranlılar qardaş xalqlardır. Buna baxıb həvəslənən İrəvan Universitetinin rektoru Aram Simonyan da bəyan edib ki, Ermənistan İran "bir millət - iki dövlət"dir. Görünür, molla rejimi Hayastan özlərinə tarixi qardaşlığı nümunə götürür. Plagiat şüarı ikisi dəfələrlə təkrarlayır vurğulayırlar. Gülünc vəziyyət isə odur ki, özünü hər zaman türklərə bənzətməyə, bütün ideologiyaları, tarixi oğurlayıb özününküləşdirməyə çalışan Ermənistan indi özünə yol yoldaşı tapıb. Lakin İran rejimi unudur ki, torpaqlarında yaşayan yüz minlərlə azərbaycanlı Hayastanı heç vaxt öz qardaşı, dostu kimi qəbul etməyəcək. , əlbəttə, Ermənistan məzhəb pərdəsinə bürünmüş fars-molla rejiminin qardaşları ola bilər, amma qanında türk qanı olan heç bir şəxsin qardaşı olması qeyri-mümkündür. Bu hal təəcüblü deyil, çünki İran Azərbaycan torpaqlarının işğalına başlandığı ilk gündən Ermənistanın yanında olub olmağa da davam edir. İran düşmən ölkə üçün Levon Ter-Petrosyanın dediyi kimi, "Ermənistan üçün həyat yolu" funksiyasını yerinə yetirir. Əlbəttə, Azərbaycanın molla rejiminin dəstəyinə ehtiyacı yoxdur. Öz gücü türk gücüdür, yıxılmaz, dağılmaz möhkəmdir.

T.SƏMƏDOVA,

"Respublika".