MN: İki gün əvvəl itkin düşmüş əsgərimizin nəşi tapılıb
Gündəm

MN: İki gün əvvəl itkin düşmüş əsgərimizin nəşi tapılıb

İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün (iyunun 11-də) səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.

"Respublika" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, hazırda faktla bağlı araşdırma aparılır.