Martın 10-da Azərbaycanda koronavirus əleyhinə 26 min dozaya yaxın vaksin vurulub
Səhiyyə

Martın 10-da Azərbaycanda koronavirus əleyhinə 26 min dozaya yaxın vaksin vurulub

Martın 10-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 25 min 923 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1 min 352, ikinci doza vaksinlərin sayı - 2 min 436, üç və daha çox doza vaksinlərin sayı - 20 min 885, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı - 1250-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 202 min 557, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 311 min 55, ikinci mərhələ üzrə 4 milyon 798 min 936, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 876 min 702, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 215 min 864-dür.

AZƏRTAC