AVRO-2024: Avstriyalı azarkeşlər Türkiyə ilə oyundan öncə irqçi şüarlar səsləndiriblər
İdman

AVRO-2024: Avstriyalı azarkeşlər Türkiyə ilə oyundan öncə irqçi şüarlar səsləndiriblər

Avstriya yığmasının azarkeşləri Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Türkiyə millisi ilə oyunundan əvvəl irqçi şüarlar səsləndiriblər.

"Respublika" DPA agentliyinə istinadən xəbər verir ki, avstriyalı fanatlar görüşdən öncə Leyptsiq küçələrində "L'amour toujours" mahnısındakı “Almaniya almanlar üçün, əcnəbilər çölə” sözlərini ucadan qışqırıblar.

Leyptsiq hüquq-mühafizə orqanları şübhəli şəxsləri qeydə aldığını və araşdırma apardığını bildirib.

Qeyd edək ki, Avstriya - Türkiyə matçı 2:1 hesabı ilə "ay-ulduzlular"ın xeyirinə başa çatıb.