Kənd təsərrüfatı naziri FAO-nun 43-cü sessiyasında
İQTİSADİYYAT

Kənd təsərrüfatı naziri FAO-nun 43-cü sessiyasında

İtaliyanın paytaxtı Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 43-cü sessiyası öz işinə başlayıb. İyulun 7-dək davam edəcək sessiyada Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov da iştirak edir.

Sessiya iştirakçıları planetin su ehtiyatlarından səmərəli istifadə, su ehtiyatlarının inteqrasiya olunmuş effektiv idarəçiliyi, atmosfer yağıntılarının azalması və regionlar üzrə qeyri-bərabər paylanması, quraqlıq, daşqın, sel və subasmaların aqrar sektora mənfi təsirinin minimuma endirilməsi və digər mövzuları müzakirə edəcəklər.

Azərbaycan nümayəndə heyəti sessiya çərçivəsində bir sıra ölkələrin kənd təsərrüfatı nazirləri ilə ikitərəfli görüşlər keçirib. Məcnun Məmmədovun FAO-nun 43-cü sessiyasında su resurslarından səmərəli istifadə mövzusunda dəyirmi masada çıxışı nəzərdə tutulur.

Nəriman CAVADOV,

"Respublika".