İyunun 23-də Azərbaycanda COVID-19 əleyhinə 75 doza vaksin vurulub
Səhiyyə

İyunun 23-də Azərbaycanda COVID-19 əleyhinə 75 doza vaksin vurulub

İyunun 23- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 75 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 45, ikinci doza vaksinlərin sayı 12, üç daha çox doza vaksinlərin sayı 14, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 4-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 966 min 766, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 412 min 18, ikinci mərhələ üzrə 4 milyon 884 min 61, üç daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 408, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 279-dur.