Səhiyyə xidməti səviyyəsinin yüksəldilməsinə çalışırıq
Səhiyyə

Səhiyyə xidməti səviyyəsinin yüksəldilməsinə çalışırıq

Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4- imzaladığı Sərəncama əsasən, ölkəmizdə keçirilən Tibb İşçilərinin Peşə Bayramı Günü Şəki şəhərində yüksək səviyyədə qeyd olunub.

"Şəki RMX" PHŞ TƏBİB-in tabeliyində fəaliyyətini davam etdirərək rayonda yaşayan 190 mindən çox əhali ilə yanaşı, ətraf rayonlardan müraciət edən xəstələrə qismən ambulator, həm stasionar tibbi yardım göstərir. Publik Hüquqi Şəxsin direktoru Məcid Əliyev bizimlə söhbətində bildirdi ki, İcbari Tibbi Sığorta sisteminə keçidlə əlaqədar yeni struktur bölmələri - terapiya, cərrahiyyə, uşaq, reanimasiya, poliklinika, Ailə Sağlamlıq Mərkəzi, Təcili Təxirə Salınmaz Tibbi Yardım, yoluxucu şöbələri fəaliyyət göstərir. Qeyd olundu ki, bu səhiyyə müəssisələrində 227 nəfər həkim, 1015 nəfər orta tibb işçisi çalışır kadr potensialının gücləndirilməsi məqsədilə konfranslar, ixtisasartırma kursları təşkil edilmişdir. Bununla yanaşı, PHŞ-in nəzdində 10 çarpayılıq hemodializ şöbəsi fəaliyyət göstərir. Qeydiyyatda olan 711 onkoloji xəstə dövlət hesabına zəruri dərman preparatları, kimyəvi dərman müalicəsi almışlar. 30 hemofiliya, 111 talassemiya xəstəsi qan qan preparatları ilə təmin edilmişdir. İl ərzində 291 şəkərli diabet xəstəsi yeni qeydiyyata alınmışdır. Dövlət proqramı ilə zəruri dərman preparatı ilə təmin edilən xəstələrin sayı 4320 nəfərdir.

"Şəki RMX" PHŞ-in poliklinika şöbəsində fəaliyyət göstərən laboratoriyada ötən müddət ərzində 49637 xəstə 675038 sayda müayinədən keçmişdir. İl ərzində stasionarlarda 3466 xəstə müalicə olunmuş, 2041 cərrahi əməliyyat aparılmışdır.

Məcid Əliyev qeyd etdi ki, 2020-ci ildə Vətən müharibəsinin davam etdiyi günlərdə xəstəxanada 165 nəfər döyüşçümüzə stasionar tibbi xidmət göstərilmiş 2022-ci ilin aprel ayında "Qazilərlə əlaqəli bölmə" yaradılmışdır. Hazırda ASM- çalışan 3 psixoloqla birlikdə bütün şəhid qazi ailələrinə ən yüksək səviyyədə köməklik göstərilir.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".