İtaliya sahillərində 2000 illik qədim Roma gəmisi tapılıb
Dünya xəbərləri

İtaliya sahillərində 2000 illik qədim Roma gəmisi tapılıb

İtaliya sahillərində 2000 ildən çox yaşı olan qədim Roma gəmisinin qalıqları tapılıb.

"Respublika" "BBC"yə istinadən xəbər verir ki, gəmi təxminən eramızdan əvvəl 1-ci və ya 2-ci əsrlərə aiddir və yüzlərlə amfora ilə yüklənmiş formada tapılıb. 

Yayılan məlumatda bildirilir ki, gəmidən çıxarılan saxsı qablar əsasən bütöv tapılıb. Uzunluğunun 20 metrdən çox olduğu təxmin edilən gəmi dəniz səviyyəsindən 160 metr aşağıda dəniz dibində aşkar edilib. 

Töhfə SƏMƏDOVA,

"Respublika".