Avropa İttifaqı satılmamış paltar və ayaqqabıların utilizasiyasını qadağan edir
Dünya xəbərləri

Avropa İttifaqı satılmamış paltar və ayaqqabıların utilizasiyasını qadağan edir

Avropa Komissiyası və Avropa Parlamenti “davamlı məhsullar üçün eko-dizayn” tənzimləməsi ilə bağlı razılığa gəliblər. Yeni tənzimləmə qüvvəyə mindikdən sonra 2 il ərzində satılmayan paltar və ayaqqabıların məhv edilməsi bütün Avropada tamamilə qadağan ediləcək.

"Respublika" xəbər verir ki, Avropalı istehsalçılar hər il milyonlarla ton satılmamış və ya geri qaytarılmış köhnəlmiş geyim və ayaqqabıları yandırma zavodlarına və ya xırdalama zavodlarına göndərirlər.

Aİ-də hər il adambaşına 11 kilo tekstil məmulatı atılır.