İsveçin NATO-ya üzvlüyü məsələsində Rəcəb Tayyib Ərdoğanla razılığa gəlindi
Siyasət

İsveçin NATO-ya üzvlüyü məsələsində Rəcəb Tayyib Ərdoğanla razılığa gəlindi

İsveçin NATO-ya üzvlük protokolu tezliklə Türkiyə Böyük Millət Məclisinə təqdim olunacaq.

“Respublika” xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq sosial media hesabından bildirib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri Ulf Kristersson ilə ev sahibliyi etdiyim görüşdən sonra, Prezident Ərdoğanın İsveçin üzvlük protokolunun tezliklə Böyük Millət Məclisinə təqdim olunması və ratifikasiyasını təmin etmək barədə razılıq verdiyini bildirməkdən şadam. Bu bütün NATO müttəfiqlərini daha güclü və təhlükəsiz edən tarixi addımdır”, - o qeyd edib.