Avropa Parlamenti və ikili standartlar
Siyasət

Avropa Parlamenti və ikili standartlar

Avropa Birliyinə üzv dövlətlərin oxşar haqlara sahib olan Avropa Parlamenti AB xalqlarının demokratik siyasi iradəsini təmsil etmək məqsədilə yaradılmış qurumdur. Lakin bu qurumun son illərdə qəbul etdiyi qətnamələr təsisatın dövlətlər arasındakı münaqişələrə heç ədalət prizmasından baxmadığını, xalqlar arasında  din irq fərqinin qoyulduğunu göstərir. Ermənistanın 30 illik işğalı dövründə ağzına su alıb oturan Avropa parlamentariləri 2020-ci ildən sonra böyük canfəşanlıqla obyektivlikdən, beynəlxalq hüquqdan uzaq bəyanatlar verirlər.

Ermənilər Qarabağı işğal edərkən kəndləri, şəhərləri talan edir, tarixi-mədəni irsimizi məhv etməyə çalışırdı. İşğal prosesi zamanı kitabxanalar, muzeylər, məzarlıqlar viran qoyulur, nadir əlyazmalar yandırılırdı. İslam aləminin ən önəmli dəyərlərindən sayılan məscidlər  erməni vandalları tərəfindən yandırılıb təhqir edilərək onlardan ən "yaxşı" halda tövlə kimi istifadə edilirdi. Müsəlman şəriətinin haram buyurduğu heyvanları məscidlərimizdə saxlayaraq bir növ İslam dininə meydan oxuyurdu. 2020-ci ilin payızında başlayan İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycan ermənilərin bu qəsbkar fəaliyyətinə son qoydu. Əslində buna təkcə azərbaycanlılar müsəlmanlar deyil, bütün dünya ölkələri, xüsusilə hər zaman insan haqlarını əlində bayraq tutan Avropa sevinməli idi. Gözlənilənlərin əksinə olaraq qitənin parlamentariləri 2022-ci il martın 10-da "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında" kağız parçasını əvəz edən qətnamə qəbul etdi. Qəbul edilmiş qeyri-obyektiv qətnamələrin bir hüquqi siyasi qiyməti olmasa da, bu qurum öz nüfuzunu ayaqlar altına atır. AP-nin müasir səlib yürüşlərini xatırladan bəyanatlar verməsi müsəlman irsinə yönələn vandalizm aktlarına açıq-aşkar dəstəkdir. Heç kimə sirr deyil ki, erməni lobbisinin çətiri altında fəaliyyət göstərən parlamentarilərin hazırladıqları sənədlərin ilkin möhürü İrəvanda vurulur.

Xalqların demokratik iradəsini təmin etmək adı ilə yaranan AP azərbaycanlılara gəlincə, hərəkətsiz qalaraq 250 mindən çox insanın doğma yurd-yuvalarından zorla deportasiyasına etinasız qalır. Ermənistan adlanan ərazilərdə azərbaycanlılara qarşı maddi-mənəvi terror həyata keçirən ermənilər bu ərazilərdə məscidləri, tarixi abidələri, türbə qəbiristanlıqları, bir sözlə, müsəlman türklərinə aid varsa yerlə-yeksan etdilər. İrəvanın qədim Təpəbaşı məhəlləsinin böyük bir hissəsi dağıdılaraq sahəsi dəfələrlə azaldılmasına baxmayaraq, dünyanın mədəni irsinə qarşı yönəlmiş bu cinayətlər gün üzərinə çıxarılmır. Avropa Parlamenti isə bu hadisələri həmişə olduğu kimi, öz ampluasında sakit tərzdə seyr edir. 250 mindən artıq Qərbi azərbaycanlıların, bir milyondan çox Qarabağ sakinlərinin el-oba dərdini gözardına vuran Avropa parlamentariləri indi Şərqi Zəngəzurda yerləşən 25-30 min erməninin "qeydinə" qalır. Regionun yeganə monodövləti olan Ermənistandan fərqli olaraq, Azərbaycan heç bir millətə qarşı deportasiya siyasəti həyata keçirməyib. Rəsmi Bakı hər zaman bu məsələyə birmənalı münasibət göstərərək Qarabağ ermənilərini reinteqrasiya etməyə çağırır.

Azərbaycan Ermənistan arasında sülh prosesinin ləngiməsinin bir çox amilləri var. Ermənistanın Qarabağda hələ silahlı qüvvələr saxlaması, Moskvadan bura göndərilən oliqarxlar onların suveren torpaqlarımızda talançılıq fəaliyyəti aparması bu amillərdən sadəcə bir neçəsidir. 2022-ci il dekabr ayının 12-dən bir qrup azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda başladığı aksiyalar Şərqi Zəngəzurda gedən qanunsuz istismarlara yönəlmişdi. Çox keçmədi ki, Ermənistan xislətinə uyğun şəkildə dərhal hadisələri manipulyasiya edərək Laçın-Xankəndi yolunun guya blokadada olması barədə yalanlar söyləmişdi. Azərbaycanın legitim hüququ olan öz ərazilərində etiraz aksiyasının keçirilməsinə Avropa Parlamenti səssiz qalmadı, yenə anti-Azərbaycan siyasətinə start vermiş oldu.

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda geosiyasi vəziyyətin Azərbaycan Türkiyənin xeyrinə dəyişməsini qısqanclıqla qarşılayan Qərb dövlətləri müharibə zamanı da Ankaranı münaqişənin iştirakçısı kimi qələmə verirdilər. Təbii ki, Azərbaycan-Türkiyə birliyi Qərbin maraqlarına cavab verməməklə yanaşı, regionda güc balansının dəyişməsini qəbul edə bilmirlər. İndi Avropa Parlamenti qəbul etdiyi qətnamədə Türkiyəni regionda stabilliyi pozmağa çalışan dövlət kimi göstərməsi türkofobiyadan başqa bir şey deyil. Uzun illər Rusiyanın himayəsi altında yetişən yarımüstəqil Ermənistan bir göz qırpımında himayədarına xəyanət edərək Avropa missionerlərini Cənubi Qafqaza gətirib. Rusiya ilə olan şəxsi ambisiyalarını Azərbaycan, Gürcüstan Ermənistan üzərindən həyata keçirməyə çalışan parlamentarilər yəqin ki, bu üç ölkənin  bir-birindən fərqli olmasını unudublar. Azərbaycan güclü iqtisadiyyata sahib olduğundan heç kimin diktəsi ilə siyasət aparmır. Yürütdüyü xarici daxili siyasət yalnız Azərbaycan xalqının maraqlarınaregionda sülhün təhlükəsizliyin inkişafına yönəlib.

Korrupsiya, qiymətli hədiyyələr, "konyak diplomatiyası" ilə xarici deputatların, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin "ələ keçirilməsi" Ermənistan xarici siyasətinin əsas prinsiplərindəndir. Şübhəsiz ki, bunların başında gələn qurumlardan biri AP-dir. Ermənilərin 40 illik erməni konyakı ilə deputatları ələ keçirməsi hər kəsə aydındır. Parlamentarilərin hazırladığı Azərbaycana qarşı növbəti qərəzli qətnamənin ilkin mətnində "Azərbaycanın Ermənistana hərbi təcavüzü, Laçın yolunun blokadaya alınması", keçmiş Minsk qrupunun yenidən fəaliyyətə gətirilməsi "status" kimi qeyri-obyektiv maddələr yer alır. Yenidən gündəmə gətirmək istədikləri bu hallar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən gedər-gəlməzə göndərilib bir daha geri qayıtmayacaq...

Musa BAĞIRLI,

"Respublika".