TOVUZ: PROBLEMLƏR HƏLLİNİ TAPIR
Region

TOVUZ: PROBLEMLƏR HƏLLİNİ TAPIR

Dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin olunması, mövcud problemlərin operativ qaydada həllini tapması üçün vətəndaşlarla səyyar-qəbul görüşlərin keçirilməsi respublikanın hər yerində olduğu kimi, Tovuz rayonunda da sakinlər tərəfindən yüksək qiymətləndirilir.

Şikayət təklifləri sakinlərin dilə gətirməsi üçün münbit şərait yaradılır, bəzi məsələlər rayonun daxili imkanları hesabına həllini tapır, bəzilərinin həlli üçün mərkəzi icra hakimiyyəti orqanlarına müraciət olunur.

Rayonun Düz Qırıqlı kəndində vətəndaşlarla rayon rəhbərliyinin görüşü zamanı kənd qəbiristanlığına gedən avtomobil yolunun bərbad vəziyyəti ilə bağlı sakinlərin müraciətinə yerindəcə baxılmış, çox qısa zaman kəsiyində qaldırılan məsələ həllini tapmışdır. Bundan başqa Tovuz şəhərində Heydər Əliyev prospektində, Musa Musayev Həzi Aslanov küçələrində çoxmənzilli yaşayış binalarının həyətlərində yağışlı havada palçıq, isti havalarda isə toz sakinləri narahat etməsi ilə bağlı müraciətləri əsasən adı çəkilən həyətlərə asfalt örtüyü salınmış, söhbətgah oturacaqlar quraşdırılmış, ağaclar əkilmiş, uşaqların əylənməsi üçün müxtəlif oyun qurğuları quraşdırılıb.

Çataq-Çeşməli-Güvəndik avtomobil yolu üzərindəki körpünün qəzalı vəziyyətdə olması ilə bağlı sakinlərin haqlı narazılığına son qoymaq üçün mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılıb. Hazırda körpünün tikintisi davam etdirilir, yaxın zamanlarda istifadəyə veriləcək.

Vəli VƏLİYEV,

“Respublika”.