İrlandiyada naməlum heyvanın cəsədi aşkar olunub
Maraqlı

İrlandiyada naməlum heyvanın cəsədi aşkar olunub

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib.

"Respublika" "Irish Mirror"-a istinadən xəbər verir ki, adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb.

Sahildə gəzərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib.

Hadisəyə şahid olan digər şəxs isə qeyd edib ki, naməlum heyvanın baş hissəsi olmayıb.

Çimərlikdə çəkilmiş fotoşəkildə sümükləri və əzələləri olan bir növ heyvanın böyük bədəni göstərilir, lakin onun bioloji növlərini tanımaq demək olar ki, mümkünsüz görünür.
Naməlum dəniz heyvanının köpəkbalığı və ya balina olduğunu güman etmək olar, lakin onun üzgəcləri və quyruğunun olmadığı qeyd olunur.

Artıq mütəxəssislər bu naməlum heyvan cəsədinin tədqiqinə başlayıb.

Nəzrin ELDARQIZI,

"Respublika".