Füzuli Dövlət Dram Teatrında hazırlanan uşaq tamaşasının premyerası olacaq
Mədəniyyət

Füzuli Dövlət Dram Teatrında hazırlanan uşaq tamaşasının premyerası olacaq

Vüqar Haqverdiyevin eyniadlı uşaq pyesi əsasında Füzuli Dövlət Dram Teatrında “Qarınqulu ayı balası” tamaşası hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Emin Abışov, quruluşçu assistenti Gülgəz Soltanova, rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı isə Sənan Sevindikzadədir

Teatrdan “Respublika” ya bildirilib ki, səhnə əsərinin əsas ideyası sevimli heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaq, düz danışmağın vacibliyini göstərmək, eləcə də balacalarda həkimə, iynəyə qarşı qorxu və həyəcan hissini əyləncəli formada yox etməkdir.

Tamaşanın premyerası mayın 23-də teatrın səhnəsində keçiriləcək.