FHN: Ötən sutka qəza-xilasetmə əməliyyatlarında 3 nəfərin meyiti aşkarlanıb
CƏMİYYƏT

FHN: Ötən sutka qəza-xilasetmə əməliyyatlarında 3 nəfərin meyiti aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 69 yanğına çıxış, 19 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

"Respublika" xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 22 nəfər xilas edilib, yanğın zamanı 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı 3 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.