Energetika naziri Hindistanın ölkəmizdəki səfirini qəbul edib
İQTİSADİYYAT

Energetika naziri Hindistanın ölkəmizdəki səfirini qəbul edib

21 iyun Energetika Nazirliyindən bildirilir ki, Energetika naziri Pərviz Şahbazov Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananı qəbul edib.

Görüş zamanı ölkəmizdə energetika sektorunda həyata keçirilən layihələr, bu sahənin inkişafı üzrə görülən işlər barədə məlumat verilib, iki ölkə arasında mövcud əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə olunub.

“Respublika”.