Əmək münasibətlərinin elektronlaşdırılmasının daha geniş hüquqi bazası yaradılır
Digər xəbərlər

Əmək münasibətlərinin elektronlaşdırılmasının daha geniş hüquqi bazası yaradılır

Əmək münasibətlərinin elektronlaşdırılmasının daha geniş hüquqi bazası yaradılır.

"Respublika" xəbər verir ki, bununla bağlı məsələ parlamentin iyunun 21-də keçirilən plenar iclasının gündəliyinə daxil edilmiş Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Sənəd layihəsi əmək münasibətləri, dövlət sosial sığorta və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsinin hüquqi əsaslarını müəyyən edən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb. On bir qanun üzrə 142 adda dəyişikliyi ehtiva edən layihə əmək münasibətlərinin rəsmiləşdirilməsi, əməyin təşkili, ödənilməsi və mühafizəsi, həyata keçirilən məşğulluq tədbirlərinin və digər məsələlərin tam elektronlaşdırılmasına zəmin yaradacaq.