Ədliyyə Nazirliyindən növbəti rəqəmsal yenilik:
Digər xəbərlər

Ədliyyə Nazirliyindən növbəti rəqəmsal yenilik: "ƏN TEZ" innovativ xidmət istifadəyə verilib

Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycan dövləti ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qlobal çağırışlara uyğun olaraq davamlı islahatlar aparılmaqla uğurla inkişaf edir. Doğma torpaqlarımız işğaldan azad edilərək sürətlə bərpa olunur, bu sahədə smart konsepsiyalar, rəqəmsal innovasiyalar tətbiq edilir.

Bütün sahələrdə vətəndaşlara xidmət sektorunun inkişafı, dövlət orqanlarına əlçatanlığının artırılması, şəffaflığın təmin edilməsi, eyni zamanda, xidmətlərdən vahid məkandan yararlanması üçün geniş imkanlar yaradılır. Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərindən olan rəqəmsal cəmiyyətin inkişafı üzrə mühüm addımlar atılır.

Dövlətimizin başçısının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən çoxşaxəli tədbirlər, o cümlədən "ASAN xidmət", DOST mərkəzləri kimi xidmət yerlərinin vətəndaş məmnunluğu doğuran səmərəli fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Ədliyyə Nazirliyi tərəfindən növbəti rəqəmsal innovasiya olan müxtəlif növ ədliyyə xidmətlərindən eyni vaxtda, vahid mənbədən məsafədən göstərilməsini təmin edən yeni "ƏN TEZ" (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidməti yaradılıb. Ölkədə inklüziv cəmiyyətin inkişaf prioritetinə əsaslanaraq "ƏN TEZ" xidmətinin təqdimatı üçün ilk olaraq əhalinin daha həssas təbəqələrinə xidmət göstərilməsi məqsədilə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Mərkəzləri seçilib.

Yeni istifadəyə verilən "ƏN TEZ" xidmətinin bu il 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışının Milli Qurtuluş Gününün 30-cu ildönümü ərəfəsində 3 saylı Bakı DOST Mərkəzində geniş ictimai təqdimatı keçirilib.

Təqdimatda Ədliyyə, Əmək Əhalinin Sosial Müdafiəsi nazirliklərinin rəhbərliyi aidiyyəti məsul işçiləri, Sosial Tədqiqatlar Mərkəzinin, Azərbaycan Notariat Palatasının təmsilçiləri, vətəndaş cəmiyyəti institutları media nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında ədliyyə nazirinin müavini Eldar Nuriyev əmək əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxış ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq dövlət xidmətlərinin rəqəmsal platformalarda vahid məkandan şəffaf təşkili, bu xidmətlərə əlçatanlığın artırılması üçün ardıcıl işlər görülür. DOST mərkəzləri 154 növ sosial xidmətin bir "pəncərə"dən şəffaf operativ şəkildə göstərilməsinə imkan verir. Bu mənada hazırda tətbiqinə başlanan "ƏN TEZ" xidməti vətəndaş məmnunluğuna yönələn növbəti uğurlu addımdır.

Sonra "ƏN TEZ" xidməti rəmzi düyməyə basılmaqla istifadəyə verilib iştirakçılar yeni xidmət modeli barədə məlumatlandırılıb. "ƏN TEZ" xidməti vətəndaşlara ədliyyə orqanlarına məhkəmələrə videozəng vasitəsilə operatora müraciət etməklə lazımi xidmətlərdən ən sürətli şəkildə faydalanmaq imkanı verir. Bu zaman vətəndaşlar notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası digər xidmətlərdən bəhrələnə biləcəklər.

Smart konsepsiya əsasında fəaliyyət göstərən "ƏN TEZ" xidməti vətəndaşlara heç bir qeydiyyat elektron imza tələb olunmadan, tək şəxsiyyət vəsiqəsilə biometrik eyniləşdirmə aparılmaqla, daha sadə, asan rahat şəkildə istifadə etmək imkanı yaradır.

Dövlət xidmətlərinin göstərilməsində ilk dəfə belə bir innovativ yanaşmanın tətbiqi vətəndaş məmnunluğunu təmin etməklə, həmçinin əlavə infrastrukturların digər resursların ayrılması zərurətini aradan qaldıraraq izafi xərclərin qarşısını almağa xidmət edir.

Yeni xidmətlərin bölgələrdə yaşayan, o cümlədən Böyük Qayıdış üzrə Milli Prioritetə uyğun olaraq azad edilmiş doğma torpaqlara qayıdan sakinlərin ədliyyə xidmətlərinə əlçatanlığının artırılması üçün əlverişli rahat imkanlar yaratdığı vurğulanıb.

Tədbir iştirakçıları "ƏN TEZ" xidmətin vətəndaşlara təqdim olunan imkanları barədə videoçarxlar izləyib, ədliyyə sahəsində növbəti rəqəmsal yeniliyi məmnunluqla qarşılayıblar.

Qeyd edək ki, "ƏN TEZ" xidmətinin fəaliyyəti böyük ictimai maraq doğurub, artıq vətəndaşlar bu innovasiya vasitəsilə ədliyyə sahəsində xidmətlərdən bəhrələnməyə başlayıblar.

Ülvi QARAYEV,

Respublika”.