Dünyanın 193 ölkəsi ilə ticarət əməliyyatları
İqtisadiyyat

Dünyanın 193 ölkəsi ilə ticarət əməliyyatları

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 193 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 121 ölkəyə məhsul ixrac olunmuş, 184 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ildə ölkənin xarici ticarət dövriyyəsi 44868,5 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 27583,2 milyon dollarını və ya 61,5 faizini ölkədən ixrac olunmuş məhsulların, 17285,3 milyon dollarını (38,5 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 10297,9 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

"Respublika".